13 avqust 2016 00:10
Zaur Svanadze: Hesab oyuna görə oldu
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyun hava necə idisə, elə alındı. Hər iki komanda aşağı tempdə oynadı. Komandam yalnız ikinci hissədə yaxşı təsir bağışlaya bildi. Rəqib müəyyən ərazi üstünlüyünə malik olsa da, qapımız qarşısında xüsusi təhlükəli vəziyyətlər yarada bilmədi. Fikrimcə, hesab oyuna görə oldu. "Qəbələ" yaxşı komandadır. Onlara qarşıdakı Avroliqa matçlarında uğurlar arzulayıram".
