12 avqust 2016 23:00

Zlatko Zahoviç: Bizə Bakının istisi yox, Qəbələ problem yarada bilər

Sloveniyanın "Maribor" klubunun idman direktoru Zlatko Zahoviç Avropa Liqasının pley-off mərhələsində rəqibləri olan "Qəbələ"nin oyununu izləmək üçün Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən "Qəbələ" - "İnter" matçını stadiondan canlı izləyib.

Yaxın keçmişin məşhur futbolçusu azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. O, öncə bunları söyləyib:

"Avrokubok matçları ilə çempionat oyunları fərqli olur. "Qəbələ" yaxşı komandadır, onlara hörmətlə yanaşırıq. Bu komanda ilə oyunlara yaxşı hazırlaşmağa çalışacağıq".

"Qəbələ"nin heyətində yaxşı futbolçular çoxdur. Amma xüsusi olaraq yarımmüdafiəçi Filip Ozobiçi qeyd edərdim. Çox yaxşı oyunçudur".

Zahoviç bu iki komanda arasında hansını favorit gördüyünə dair sualı belə cavablandırıb: "Kimin favorit olduğunu demək çətindir. Çünki indi futbol tamamilə fərqlidir. Məsələn, "Qəbələ" ötən mövsüm Avroliqanın qrup mərhələsində oynayıb, indi də buna çox yaxındır.Taktiki cəhətdən çox yaxşı komanda təsiri bağışlayır".

Onun sözlərinə görə, "Qəbələ"nin Fransanın "Lill" klubu üzərindəki qələbəsini sürpriz saymaq olmaz: "İndi futbolda hansısa nəticəni sürpriz saymaq çətindir. Bütün komandalarda fiziki, taktiki hazırlıq yüksək səviyyədədir".

Zahoviç Bakının isti havasından da söz açıb: "Bu, "Maribor" üçün problem sayılmamalıdır. Bizə hava şəraiti yox, "Qəbələ" probem yarada bilər".

"Maribor" rəsmisi həmin oyunun keçiriləcəyi "Dalğa Arena" barədə də fikirlərini söyləyib: "Xoşagəlimli stadiondur. Bəyəndim. Fikrimcə, "Qəbələ" ilə oyunlarımız maraqlı olacaq. "Qəbələ"yə qarşı oynamaq bizə çətin olacaq, amma onlar üçün də bizə qarşı mübarizə aparmaq asan olmayacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.