12 avqust 2016 18:30
Rəşad Sadıqov: Bu təyinat karyeramı başa vurmağım anlamına gəlmir
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun U-19 komandasının baş məşqçisi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, məni 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin ediblər. Amma bu, futbolçu karyeramı başa vurmağım anlamına gəlmir. Bu barədə heç düşünmürəm də. Məşqlər keçirəm, yoxlama oyunlarına gedirəm. Artıq 4-5 sınaq matçımız olub. Əlimdən gələni edirəm ki, bir işim o birinə mane olmasın. 19 yaşlıların məşqini axşam saatlarına salmışıq. Böyük maraqla çalışıram. B kursunda iştirak etdim, indi isə A kateqoriyalı məşqçi kursuna hazırlaşıram. İnkişaf etmək istəyirəm və bu sahəni seçdiyim üçün qətiyyən təəssüflənmirəm".
