12 avqust 2016 17:20
Namiq Ələsgərov: Ümid edirəm ki, Avroliqanın qrup mərhələsində oynayacağıq
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov Premyer Liqanın 2-ci turunda "Sumqayıt" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk turda "İnter"ə məğlubiyyətdən sonra bizə "Sumqayıt" üzərində qələbə çox vacib idi. Buna nail olmağın çətin olacağını bilirdik. Amma hesabı açdıqdan sonra daha yaxşı oynamağa başladıq. Rəqib müdafiəsini yarmaq çox çətin iid. Avroliqadakı rəqibimizin - "Qöteborq"un məşqçisi tribunada olsa da, biz öz oyun üslubumuzdan üz çevirməmişdik. Rəqibi aldatmaqla bağlı heç bir firkimiz yox idi. Məşqçilərimiz hələ bizə İsveç klubunun analizlərini təqdim etməyiblər. Fikrimcə, şanslar bərabərdir. Ümid edirəm ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağıq".
