12 avqust 2016 16:15
Filip Ozobiç: Qarabağa qalib gələn komanda zəif ola bilməz
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Premyer Liqanın 2-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" haqda əvvəllər ətraflı məlumatım yox idi. Amma bu komandanın ilk turda "Qarabağ"a qalib gəldiyini bilirəm. Hesab edirəm ki, güclü komandadır. Çempiona qalib gələn komanda zəif ola bilməz. Bu üzdən də onlarla oyuna ciddi hazırlaşırıq".
