12 avqust 2016 15:50
Samir Məsimov: Qəbələ üçün Maribor səddini keçmək asan olmayacaq
Sloveniyanın "Domjale" klubunun azərbaycanlı yarımmüdafiəçisi Samir Məsimov "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Maribor"a rəqib olmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maribor" yaxşı komandadır, yaxşı məşqçilər korpusu var. Heyətində keyfiyyətli futbolçular çoxdur. Sürətli, texnikalı, aqressiv komandadır. Müdafiədən hücuma sürətli keçməyi bacarırlar. "Qəbələ"yə asan olmayacaq. Fikrimcə, bizi maraqlı matçlar gözləyir. Şanslar? Fikrimcə, favorit yoxdur. Şanslar bərabərdir. Qələbəni, uğuru daha çox istəyən komanda bayram edəcək".
