12 avqust 2016 15:25
Azərbaycan Bolqarıstana böyük hesabla qalib gəldi
Bu gün Macarıstanda çimərlik futbolu üzrə Avropa Liqasının təsnifat mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması ilk oyununu Bolqarıstana qarşı keçirib.
Matç millimiz üçün uğurlu alınıb. Belə ki, futbolçularımız 7:2 hesabıyla qalib gəliblər.
Qeyd edək ki, millimizin qrupdakı digər rəqibləri Danimarka və Macarıstandır.
