12 avqust 2016 12:00
Roman Qriqorçuk: Onun yoxluğunda problemlər hiss edəcəyik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 2-ci turunda "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"in "Qarabağ"a qarşı oyununu görmüşəm. Bakılılar çox yaxşı təsir bağışladılar. Bizi də çox ağır oyun gözləyir. Ciddi şəkildə hazırlaşırıq. Hazırda "İnter"lə oyundan başqa heç nə barədə düşünmürük. Təəssüf ki, Rəşad Sadiqovun timsalında çox ağır itki ilə üzləşmişik. Heyətimiz elə komplektləşib ki, istənilən futbolçunun yoxluğu bizim üçün ciddi itkidir. Onun yoxluğunda problemlər hiss edəcəyik".
