12 avqust 2016 11:00
Kəpəzdən azarkeşlərə sürpriz
Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümünün 2-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” – AZAL oyununa baxmaq üçün arenaya giriş pulsuz olacaq. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi “sarı-göylər”in yeni çempionatda Gəncədə ilk ev oyunu olduğundan stadionda bilet satışını həyata keçirməyəcək.
Xatırladaq ki, klub rəhbərliyi tərəfindən ötən mövsümün əvvəlində də eyni addım atılmışdı.
