12 avqust 2016 10:30
Yığmamız Qazaxıstanda 5-ci oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, futbolçularımız 5-ci yer uğrunda oyunda bu gün Qırğızıstan yığması ilə qarşılaşıb.
Xaqani Sadıqov və Kamran Quliyevin vurduğu qollar sayəsində yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.
