12 avqust 2016 00:40
Millimizin son rəqibi bəlli oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində qarşılaşacağı sonuncu rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, B qrupunda 3-cü yeri tutmuş yığmamız A qrupunda müvafiq pillədə qərarlaşmış Qırğızıstan komandası ilə qarşılaşacaq.
5-ci yerin sahibini müəyyənləşdirəcək qarşılaşma avqustun 12-də, Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
