12 avqust 2016 00:00

Muarem Muarem: Fasilədə baş məşqçi bizə daha təmkinli oynamağı tapşırdı

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilmiş "Sumqayıt"la səfər oyunundan (2:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, qarşılaşmadakı ilk qolun müəllifi öncə bunları söyləyib:

"İlk turdakı məğlubiyyətdən sonra bu oyunda yalnız qələbəyə köklənmişdik. Uğur qazanacağımıza da tam əmin idik. Çünki qələbə qazanmağı çox istəyirdik. Sadəcə, bir neçə qol epizodunu boşa verdik".

"Fasilədə Qurban Qurbanov bizə bir qədər də sakit və təmkinli olmağı tapşırdı. O, belə oynayacağımız halda qolların da gələcəyini söylədi. Biz də onun dediyi kimi etdik və gördüyünüz kimi, iki qol vurduq".

Makedoniyalı yarımmüdafiəçi matçda hesabı açmasına da toxunub: "Şadam ki, məndə hər şey normaya düşür. Bacardığım qədər komandama kömək etməyə çalışıram".

Sumqayıtdakı oyunu izləyənlər arasında "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi - İsveç "Qöteborq"unun məşqçisi Alf Vesterberq də var idi. Muarem buna da münasibət bildirib: "Onun oyunu izləyənlər arasında olduğunu bilmirdim. Amma biz ona görə öz oyun üslubumuzu dəyişəsi deyildik ki. Çıxdıq, öz futbolumuzu oynadıq".

Ağdam təmsilçisinin üzvü isveçlilərə qarşı oyunlardan da söz açıb: "Çalışacağıq ki, səfərdə baş tutacaq ilk oyunda yaxşı çıxış edək, müsbət nəticə qazanaq. Amma onu da bilirik ki, bizi orada çox çətin matç gözləyir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.