11 avqust 2016 21:40
Qurban Qurbanov: Yorğunluq olsa da, vacib qələbə qazandıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Hərdən məğlubiyyətə də hazır olmalıyıq. Hansısa uğursuzluğa baxmayaraq, gördüyümüz işi davam etdirmək lazımdır. Hazırda komandada hər şey qaydasındadır. Bu gün çempionatda ilk qələbəmizi qazandıq. Bizim üçün vacib qələbə idi. Çətin qələbə oldu. Amma bu qələbəyə görə futbolçularımı təbrik edirəm. Yorğun olsalar da, havanın isti olmasına, meydançanın vəziyyətinə baxmayaraq, qələbə qazandılar. Azarkeşlərimizə də minnətdaram". (CBC)
