11 avqust 2016 21:30
Samir Abasov: Oyunumuz bu gün alınmadı
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu gün oyunumuz alınmadı. Amma belə hallar olur. İlk turda qələbə qazandıq, bu gün uduzduq. Görüləsi işimiz hələ çoxdur. Qarşıda vaxtımız da var. Təəssüf ki, yeni transferlərimiz komandaya gec qoşuldular. Heyətdəki gənclərin çox olduğunu görürsünüz. Bu üzdən hətta tam hazır olmayan futbolçuları da meydana buraxmalı oluruq. Amma bu gün sadəcə, oyunumuzun alınmamasından narazı qaldım. Qarşıda hələ çox oyunumuz var, bu məğlubiyyəti unutdurmağa çalışacağıq". (CBC)
