11 avqust 2016 19:20
Qöteborqun casusu Sumqayıt - Qarabağ matçında
Azərbaycan Premyer Liqasının 2-cu turunun açılış matçını - "Sumqayıt" - "Qarabağ" oyununu izləyənlər arasında isveçli "casus" da var. Azerisport.az xəbər verir ki, söhbət İsveçin "Höteborq" klubunun məşqçisi Alf Vesterberqdən gedir.
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan İsveç klubunun baş məşqçisi Yorgen Lennartson köməkçisini hazırda davam edən bu oyunu canlı izləməyə göndərib. O, "Sumqayıt" - "Qarabağ" görüşünü tribunadan izləyir.
