11 avqust 2016 17:30
Zaur Svanadze: Qəbələ ilə matçda ancaq qələbəyə oynayacağıq
"İnter"in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 2-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətlə bağlı heç bir problemimizin olmaması sevindirir. Amma bu, qarşıdakı oyun üçün işimizi heç də asanlaşdırmır. Çünki "Qəbələ" kimi güclü rəqibə qarşı oynayacağıq. Rəqibin oyununu analiz edirik. Bilirik ki, Avroliqa matçlarında gördüyümüz "Qəbələ"nin heyəti bizimlə matçda fərqli olacaq. Bu da legioner limiti ilə əlaqədardır. Qarşıdakı oyunda ancaq qələbəyə oynayacağıq. Uğurlarımızın davamını gətirmək istəyirik. Heç-heçə barədə heç düşünmək də isəmirik".
