11 avqust 2016 17:00
Kəpəz Gəncəyə qayıdır
Azərbaycan Premyer Liqasının 2-ci turunda Gəncədə AZAL-ı qəbul edəcək “Kəpəz” bu oyunun hazırlığını Bakıda davam etdirir. Azerisport.az xəbər verir ki, “sarı-göylər”in matçdan bir gün öncəki məşqi isə Gəncədə keçiriləcək.
Nizami yurdunun təmsilçisi avqustun 12-də şəhər stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Kəpəz” – AZAL görüşünün start fiti avqustun 13-də saat 17:00-da veriləcək.
