11 avqust 2016 16:30
Neftçi - Zirə oyunu Əlincə Arenada keçiriləcək
Azərbaycan Premyer Liqasının 2-ci turunun "Neftçi" – "Zirə" matçının "Əlincə Arena"da keçiriləcəyi tam rəsmiləşib. Azerisport.az "Neftçi"nin rəsmi saytına istinadla xəbər verir ki, "Bakcell Arena” renovasiya işləri ilə əlaqədar olaraq bağlandığı üçün bu klubun "Zirə” ilə oyunu "Əlincə Arena”da baş tutacaq.
Avqustun 14-də saat 20:00-da başlanacaq oyunda iştirak etmək istəyən jurnalistlərin stadiona rahat gedib-gəlmələri üçün "Neftçi” tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da "Gənclik” metro stansiyası yaxınlığından ("Bazar Store” ilə üzbəüz) yola düşəcək.
