11 avqust 2016 15:00

Bədavi Hüseynov: Qöteborq azarkeşlərimizin düşündüyü qədər zəif rəqib deyil

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"la bu gün baş tutacaq 2-ci turun oyununa nə dərəcədə hazırsınız?
- "Sumqayıt" hücum etməkdən qorxmayan komandadır. Onlar ilk turda "Zirə"yə qalib gəldilər. Buna görə də biz bu görüşə ciddi hazırlaşmışıq. Biz də mövsümə pis başlamışıq. "İnter"ə məğlub olduq. Bu oyunu yorğunluq fonunda keçirdik. Həm də süni örtüklü meydanda mübarizə aparırdıq. Rəqib yaxşı oynadı, daim hücum qurmağa çalışırdılar. Amma bu uğursuzluğu unudub, qarşıdakı oyunlarda müsbət nəticələr qazanmağa köklənməliyik. Bizi vacib oyunlar gözləyir.

- "Qarabağ"ın Avroliqanın pley-off mərhələsində bəxtinin gətirdiyini demək olar?
- Bu mərhələdə zəif rəqib olmur. Hər bir komanda qrup mərhələsində oynamağa layiqdir. İsveç "Qöteborq"u barədə əvvəllər çox eşitməmişdim. Amma bəzi azarkeşlərimizin düşündüyü qədər zəif komanda deyilmiş.

- Hər halda daha güclü klublarla da düşə bilərdiniz...
- Potensial rəqiblər arasında ciddi bir fərq yox idi. Həm də bizim üçün vacib olan öz oyunumuzu sərgiləməkdir.

- "Qöteborq" barədə nə dərəcədə məlumatınız var?
- Bu mərhələyə qədər üç güclü komandanı yolundan kənarlaşdırıb. Bu komanda xüsusilə səfər oyunlarında çox yaxşı təsir bağışlayır. Ona görə də nəinki səfər, ev oyununa da çox ciddi hazırlaşmalıyıq.

- İlk oyunu səfərdə keçirməyiniz sizin üçün nə dərəcədə önəmlidir?
- Fərqi yoxdur. Əsas məsələ hər iki oyunda yaxşı çıxış etməkdir.

- "Qarabağ"ın ÇL-in qrupunda oynaması üçün nə çatmadı?
- Bilmirəm. Prinsipcə, Çexiya "Viktoriya"sına oyun planında uduzmadıq. Öz futbolumuzu oynadıq, layiqli çıxış etdik, amma yenə də mərhələ adlaya bilmədik. Amma biz buna görə ruhdan düşmürük. İnanırıq ki, gələcəkdə hər şey daha da yaxşı olacaq. Hədəfimizə çatmaq üçün fasiləsiz çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.