11 avqust 2016 14:40
Qriqorçuk: Bir variantımız var, o da Dalğa Arenada oynamaqdır
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Sloveniya "Maribor"u ilə ev oyununun hələ də hansı arenada keçiriləcəyinin dəqiqləşməməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maribor"la ev oyununun stadionunu dəyişmək qərarını normal qarşıladım. Bildiyiniz kimi, "Bakcell Arena"nı sevirəm. Sloveniya klubu ilə də orada oynamağımızı istərdim. Orada çox yaxşı atmosfer olur, aurası xoşdur. Amma bu dəfə orada oynamağımız mümkünsüzdür. Bizim bir variantımız var, o da "Dalğa Arena"da oynamaqdır. Buna sakit yanaşırıq. Stadion yox, futbol barədə düşünməliyik".
