11 avqust 2016 14:00
Qarabağın yeni transferi bu gün gəlir
Kiprin "Anortosis" klubunun hücumçusu Dino Ndlovu bu gün Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, "Qarabağ"a keçəcək futbolçu bu transferin tam rəsmiləşməsi üçün Ağdam klubunun düşərgəsinə qoşulacaq.
Cənubi Afrika Respublikasından olan milli üzvü "Qarabağ"a keçəcəyini özü də təsdiq edib: "Anortosis" rəhbərliyi ilə razılığa gəldik. Bu gün Azərbaycana uçacağam. Tibbi müayinədən keçməliyəm".
(Goal.com)
