11 avqust 2016 13:30
Qarabağ Neftçinin harada qəbul edəcək?
"Qarabağ" doğma "Azərsun Arena"ya qayıtmağa tələsmir. Azerisport.az xəbər verir ki, hazırda bu arenada da qazonu yaxşılaşdırmaq üçün işlər aparılır.
Hazırda Ağdam klubu Premyer Liqanın 3-cü turunda "Neftçi"ni qəbul etmək üçün stadion axtarışındadır. İstisna deyil ki, "Qarabağ" da bu oyunu Masazırdakı "Əlincə Arena"da keçirsin.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu avqustun 20-də baş tutacaq.
