11 avqust 2016 12:30
Millimiz FİFA reytinqində yüksəldi
FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması avqust ayı üçün açıqlanan siyahıda irəliləyib.
Belə ki, hazırda 253 xala malik olan millimiz bir pillə irəliləyib və 136-cı sırada qərarlaşıb.
DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizin siyahıdakı mövqeyi belədir: Almaniya (4, 1319), Şimali İrlandiya (28, 822), Çexiya (34, 768), Norveç (50, 588), San Marino (200, 20).
İlk onluqda qərarlaşan yığmalar isə bunlardır: Argentina (1585), Belçika (1401), Kolumbiya (1331), Almaniya (1319), Çili (1316), Portuqaliya (1266), Fransa (1189), İspaniya (1165), Braziliya (1156), İtaliya (1155).
