11 avqust 2016 11:30
Neftçi Zirə ilə oyun üçün stadion tapdı
Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"ni qəbul etməli olan "Neftçi"nin 8-ci km qəsəbə stadionunda oynamaq istəmədiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən arenanın ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.
Paytaxt klubu zirəliləri "Əlincə Arena"da qəbul etməyi planlaşdırır. Baxmayaraq ki, bu gün PFL sözügedən matçın hələ də 8-ci km stadionunda baş tutacağını açıqlayıb. Amma böyük ehtimalla klubların burada oynamaq istəməməsi ilə PFL də razılaşacaq və matçın yeri dəyişdiriləcək.
Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.
