11 avqust 2016 10:20
Yığmamız Rusiyaya 12 qolla qalib gəldi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirinin qrup mərhələsində son oyununu keçirib. Azerisport.az xəbər verir ki, Rusiya-2 yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 12:1.
Xaqani Sadıqov 6, Kamran Quliyev isə 4 qol vurub. Hərəyə 1 dəfə İzzət Muştaqov və Məhəmməd Məhərrəmov fərqlənib.
İlk oyunda İran yığmasına 0:3 hesabı ilə məğlub olan, ikinci qarşılaşmada isə Tacikistan komandası ilə 2:2 hesablı heç-heçə edən yığmamız qrupda üçüncü yeri tutub.
