11 avqust 2016 02:00
Stepko finalda 22-ci oldu
Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, idman gimnastikasında kişilərin çoxnövçülük üzrə final yarışlarında Azərbaycanı təmsil edən Oleq Stepko 6 hərəkətin cəmində 24 idmançı arasında 22-ci olub.
Qələbəni Yaponiyadan olan Koxei Uçimura qeyd edib. İkinci yeri ukraynalı Oleq Vernyayev, üçüncü yeri isə britaniyalı Maks Uaytlok tutub.
