11 avqust 2016 00:55
Kəpəz hazırlığa başladı
Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ” ilə keçirilən səfər oyunundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, komanda çempionatın 2-ci turunda qarşılaşacağı AZAL-la oyuna Bakıda hazırlaşır.
Ötən günə təyin olunan məşq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub.
