11 avqust 2016 00:25
Dadaşovun komandası yenə heç-heçəyə razılaşdı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Noyşterlits"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Start heyətdə meydana çıxan Dadaşov yenə 90 dəqiqə oynayıb. Rüfət bu görüşdə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, 3 turdan sonra "Moyzelvits" 2 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.
