10 avqust 2016 18:40
Qəbələ kapitanını itirdi
Premyer Liqanın 1-ci turu çərçivəsində "Kəpəz"lə oyunda sıradan çıxan "Qəbələ"nin kapitanı Rəşad Sadiqovun durumuna aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, zədəsi ağır olan futbolçu 2-ci turda "İnter"lə oyunu buraxmalı olacaq.
Onun Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Maribor"u ilə ilk oyununda da iştirakı sual altındadır.
