10 avqust 2016 18:20

Elvin Bədəlov: Neftçi ilk üçlüyə düşmək istəyir

"Neftçi"nin müdafiəçisi Elvin Bədəlovun azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın ilk turunda qələbə qazandığınız (2:0) AZAL-la oyun barədə nə deyə bilərsiniz?
- Çətin matç oldu. Birinci oyunlar həmişə ağır keçir. Həm də hava çox isti idi. Süni örtükdə oynamağımız da əlavə çətinlik yaradırdı. Buna baxmayaraq, toparlana və qələbə qazana bildik. Baxmayaraq ki, ilk yarıda bir oyunçumuz meydandan da qovulmuşdu.

- Fasilədən sonra nə dəyişdi?
- Birinci hissədə bizə isti hava çox mane oldu. Həm buna, həm də süni örtüklü meydana alışmağa vaxt lazım idi. Çünki mövsümə təbii örtüklü meydançalarda hazırlaşmışdıq. Birinci hissədə bütün bunlara görə çətinlik çəkdik. Amma fasilədən sonra şəraitə bir qədər uyğunlaşdıq və istəyimizə çatdıq.

- Belə çıxır ki, matçın başlama saatı uyğun vaxta təyin edilməmişdi?
- Saat 6-da oynamaq mümkünsüzdü. Oyunu saat 20:00-a salsaydılar, daha yaxşı olardı. Amma bizim belə bir qərar vemək şansımız yoxdur. Təqvimi belə qurmuşdular, biz də peşəkar futbolçu kimi çıxıb öz işimizi gördük.

- Mövsümün ilk qolunu siz vurdunuz...
- Buna görə çox şadam. Künc zərbəsindən gələn topu qapıya göndərdim. Bu, ev tapşırığı idi. Hər şey çox yaxşı alındı.

- Müdafiə xəttinizdə iki yeni oyunçu var. Anlaşma baxımından problem var?
- Toplanışda, yoxlama oyunlarında bir-birimizə uyğunlaşmağa çalışmışıq. Meydana çıxan hər bir futbolçu komandanın uğur qazanması üçün çalışır.

- "Neftçi"nin yeni mövsümdə hədəfi nədir?
- Mükafatçılar sırasında yer almaq istəyirik. Buna nail olsaq, əla olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.