10 avqust 2016 16:30
Qarabağ bu hücumçuya 330 min avro təklif edir
"Qarabağ" Kiprin "Anortosis" klubunun Cənubi Afrika Respublikasından olan hücumçusu Dino Ndlovuya yeni təklif göndərib. Azerisport.az "Soccer-Laduma"ya istinadla xəbər verir ki, ağdamlılar Kipr təmsilçisinə 330 000 avro təklif edirlər.
Hazırda danışıqlar davam edir. Bu hücumçu ilə başqa klubların da yaxından maraqlandığı bildirilir. Amma mənbə "Qarabağ"ın daha şanslı olduğunu yazır.
Türkiyənin "Milliyet" nəşri isə "Antalyaspor"un bu futbolçu ilə müqavilə bağlamaq üzrə olduğunu bəyan edib.
