10 avqust 2016 16:00

Filip Ozobiç: Qəbələnin hədəfi Avroliqanın qrup mərhələsində oynamaqdır

"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Maribor"una qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Bütövlükdə, püşkdən razı qaldım. "Maribor" yaxşı komandadır. Amma hər halda bu, İngiltərə "Vest Hem"i ilə düşməkdən pis deyil".

Xorvatiyalı futbolçunun sözlərinə görə, onun komandası hazırda yaxşı formadadır: "Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Buna nail olacaq gücdəyik. Baxmayaraq ki, Sloveniya klubunun da avrokuboklarda böyük təcrübəsi var. Amma biz Fransa "Lill"ini keçməklə belə rəqiblərə qalib gələ bildiyimizi göstərdik. Fikrimcə, yenə uğur qazanmaq üçün yaxşı şansımız var".

Ozobiç bəyan edib ki, hələ də komandasının ev oyunlarını keçirdiyi doğma arenada olmayıb: "Hələ Qəbələdə olmamışam. Çünki məşqlərimiz, oyunlarımız hamısı Bakıda baş tutur. Amma təbii ki, çempionatdakı qalan ev oyunlarımızı Qəbələdə keçirəcəyik. Çoxlu azarkeşimiz var. Bunu "Lill" ilə oyunda da görmək mümkün idi. Hələ fanatlarımızın hamısı həmin oyunda iştirak etmirdi. Çünki Qəbələ ilə Bakını üç saatlıq yol ayırır".

Yarımmüdafiəçi "Lill"ə vurduğu qolu da xatırlayıb: "Hə, həmin zərbə anında doğrudan da 25 metrdən qol vurmaq məndə əla alındı. Qapıçının həmin zərbəni qaytarmaq şansı yox idi. "Lill" favorit sayılsa da, biz uğura daha layiq olduğumuzu göstərdik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.