10 avqust 2016 14:30
Emin Cəfərquliyev: AZAL uduzsa da, Neftçidən daha yaxşı oynadı
AZAL-ın kapitanı Emin Cəfərquliyev Premyer Liqanın 1-ci turunda "Neftçi"yə uduzduqları (0:2) oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun bizim diqtəmiz altında keçdi. Böyük üstünlüyümüz var idi. "Neftçi" belə oynadığımıza görə şokda idi. Onlardan daha yaxşı oynadıq. Bizdən belə oyunu heç kim gözləmirdi. Bütün bunları nəzərə alsaq, məğlubiyyətimiz çox pis təsir etdi. Rəqib bizi səviyyə fərqində üstələdi. Amma toparlanacağımıza inanıram. Yaxşı komandamız var. Ötən mövsümə də beş ardıcıl məğlubiyyətlə başlamışdıq. Bizi sındırmaq istəyənlər çox olsa da, bunu bacarmayıblar".
