Samir Abasov: Qarabağda nə baş verdiyini anlamıram
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 2-ci turunda qarşılaşacaqları "Qarabağ"la bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"da nə baş verdiyini anlamıram. Əslində, elə əvvəlki kimi oynayırlar. Onları tənqid edənlərə məsləhət görərdim ki, bu komandanın son illərdə əldə etdiyi uğurları belə tez yaddan çıxarmasınlar.
Qarşıdakı oyuna gəlincə, onlar hansı vəziyyətdə olmalarından asılı olmayaraq, nəinki bizim çempionatda, hətta Avropada istənilən rəqibə qalib gələ bilərlər. Bizim əsas üstünlüyümüz öz meydanımızda oynamağımızdı. Rəqib gərgin qrafiklə oynadığı üçün yorğun ola bilər. Amma buna inanmaq çətindir və bizə istənilən halda çətin olacaq. Lakin ən azından müqavimət göstərməyə çalışacağıq. Çempionatda cəmi 8 komanda qalıb. Bütün oyunlar çətindir. Səkkizlikdə ən zəif komanda kimi ancaq "Sumqayıt"la AZAL-ı göstərmək olar".
