10 avqust 2016 13:30
Qəbələ Bakcell Arenada oynamaqdan imtina etdi
"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində avqustun 18-də qəbul edəcəyi Sloveniya "Maribor"u ilə ev oyununu "Bakcell Arena"da oynamaq istəmir. Azerisport.az xəbər verir ki, bu arenanın ot örtüyü korlandığından, "Qəbələ" növbəti ev oyununu "Dalğa Arena"da keçirmək istəyir.
Yaxın günlərdə bu məsələnin tam dəqiqləşməsi gözlənilir.
