Maribor Qəbələ ilə oyunlar üçün 29 oyunçuya ehtiyac duydu
Sloveniyanın "Maribor" klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Darko Milaniç heyətə 29 futbolçunun adını daxil edib:
Qapıçılar: Yasmin Handanoviç, Alyaj Çotman, Nin İrqoliç, Matko Obradoviç;
Müdafiəçilər: Adis Hodziç, Erik Yanja, Marko Şuler, Mitya Viler, Sven Kariç, Rodriqo Defendi, Denis Şme;
Yarımmüdafiəçilər: Blaj Vrxoveç, Aleks Pihler, Amar Rahmanoviç, Santyaqo Solelix, Dini Hotiç, Sandi Oqrineç, Dare Vrşiç, Maruan Kabha, Daniel Vuyçiç, Damyan Bohar, Nik Lorbek, Aleş Mertel;
Hücumçular: Markos Tavares, Milivoe Novakoviç, Sanni Omoreqi, Luka Ştor, Qreqor Bayde, Jan Çepar.
Qeyd edək ki, "Qəbələ" ilə "Maribor" arasındakı ilk oyun avqustun 18-də Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
