10 avqust 2016 11:30
Sumqayıtdan Kamran Ağayev açıqlaması
"Sumqayıt" Futbol Klubu Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi rəsmən təqdim edib. Azerisport.az xəbər verir ki, klub saytı bu transferlə bağlı açıqlamasında bunları qeyd edib:
"Komandamız daha bir futbolçu ilə güclənib. Klubumuz yığmamızın qapıçısı Kamran Ağayevi heyətinə qatıb. 30 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
2008-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Kamran Ağayev yığmamızla 60 dəfə meydana çıxıb".
Qeyd edək ki, Ağayevin sumqayıtlılarla müqavilə imzaladığını ötən gün xəbər vermişdik.
