Rasim Ramaldanov: Kolxetidə özümü yad hiss etmirəm
Gürcüstanın "Kolxeti" klubunun azərbaycanlı müdafiəçisi Rasim Ramaldanov qonşu ölkə çempionatının 1-ci turunda "Zuqdidi" üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, Gürcüstan birinciliyindəki debüt görüşü ilə bağlı bunları söyləyib:
"Bu, mənim çempionatda ilk oyunum idi. Fikrimcə, pis oynamadım. Komandamız da yaxşı oynadı və qalib gəldi. Gürcüstan çempionatı xoşuma gəldi. Burada texnikalı futbolçular çoxdur. Klubları da elə bizim komandalara bənzəyir. Amma "Kolxeti"nin hansı komandamıza bənzədiyini dəqiq söyləmək mənə çətindir. Burada hər şey xoşuma gəlir. Yaxşı heyətimiz var. Mənə də hörmətlə yanaşırlar. Özümü kənar hesab etmirəm. Hələ ki, klubun bazasında qalıram. Amma ev axtarıram. Ümid edirəm ki, buradakı karyeram baş tutacaq".
