10 avqust 2016 00:05
Filip Ozobiç: Kəpəz üzərində qələbə asan başa gəlmədi
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Qələbə qazansaq da, buna çox çətinliklə nail olduq. Rəqib pis komanda deyil. Birinci hissədə şanslarımız olsa da, fərqlənə bilmədik. Amma fasiləyə qədər hesabı açsaydıq, ikinci hissədə işimiz daha asan olardı. Yaxşı ki, fasilədən sonra istədiyimiz qolları vura bildik".
