9 avqust 2016 22:05
Braziliyalı hücumçu rəsmən Neftçidə
"Neftçi” İspaniyanın "Qaranada” klubunun hücumçusu Denilson Pereyra ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 21 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında paytaxt klubunun heyətində çıxış edəcək.
2015/2016 mövsümündə İspaniyanın "Qranada” klubunun ikinci komandasında 38 oyuna 10 qol vurmuş Denilson Pereyra Braziliyanın "Fluminense” klubunun yetirməsidir.
