9 avqust 2016 22:00
Kamran Ağayev Premyer Liqa klubu ilə müqavilə imzaladı
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin Premyer Liqanın yeni mövsümündə hansı komandada çıxış edəcəyinə rəsmən aydınlıq gəlib.
Azerisport.az xəbər verir ki, millimizin qolkiperi "Sumqayıt"la müqavilə imzalayıb. Müqavilənin müddəti mövsümün sonuna kimidir.
Amma hansısa xarici klubdan dəvət gələcəyi halda, sumqayıtlılar Ağayevi problemsiz buraxmalıdırlar.
