9 avqust 2016 19:30
Viktor İqbekoyi Zirəyə döndü
Nigeriyalı futbolçu Viktor İqbekoyi “Zirə” ilə yeni müqaviləyə imza atıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiçi ilə bir illik anlaşma imzalanıb.
Təcrübəli futbolçu ötən mövsüm də bu komandanın şərəfini qorumuşdu. Viktor artıq bu gündən komandanın məşqlərinə qoşulacaq.
Viktor İqbekoyi ölkəmizdə “Turan”, “Qarabağ” və AZAL-ın da şərəfini qoruyub.
