9 avqust 2016 17:15
Vaqif Sadıqov: Robert Prosineçki görülən işlərə tam nəzarət edir
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Cavadov gördükləri işlərdən, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin ölkəmizdə olmamasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İşgüzar görüşlərimizi davam etdiririk. Bu yaxınlarda Azərbaycanın müxtəlif yığma komandalarının məşqçiləri ilə görüşdük. Görüləcək işlər, planlar barədə söhbət apardıq. Klublarımızın da çıxışını yaxından izləyirik. İş tam gücü ilə davam edir.
Prosineçki niyə yoxdur? Buna səbəb axtarmağa gərək yoxdur. Yaxın günlərdə ölkəmizə gələcək. Görülən işlərə də tam nəzarət edir. Köməkçiləri bütün tapşırıqlarını həyata keçirir. Futbolçular barədə də kifayət qədər məlumatı var".
