9 avqust 2016 16:50
Zirə prezidentsiz qaldı
Vüqar Astanov “Zirə” klubunun prezidenti vəzifəsindən ayrılıb. Azerisport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, klub təsisçilərinə müraciət edən V. Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib. “Zirə”də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.
“Zirə” PFK klubun inkişafında və qazandığı uğurlarda böyük əməyi keçən Vüqar Astanova gördüyü işlərə görə təşəkkür edib, ona uğurlar arzulayıb.
