9 avqust 2016 15:00
Denilson Pereyra Neftçinin düşərgəsinə qoşuldu
Braziliyalı futbolçu Denilson Pereyra "Neftçi" ilə müqavilə bağlamaq üçün Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o, bu dəqiqələrdə paytaxt klubunda tibbi baxışdan keçir.
Heç bir problem olmasa, onun 18:00-da komanda ilə məşqə çıxması gözlənilir. Axşam saatlarında isə yarımmüdafiəçi paytaxt klubu ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, 2015-ci ildən icarə əsasında İspaniyanın "Qranada" klubunda çıxış edən braziliyalı oyunçu müqavilə ilə Braziliyanın "Fluminense" klubuna məxsusdur.
