9 avqust 2016 14:30
"Mariborla oyunlarımız Lill ilə görüşlərlə müqayisədə daha çətin keçəcək"
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniyanın "Maribor" klubuna qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məncə, bizə güclü rəqib düşüb. Çünki "Maribor" ölkəsinin dəfələrlə çempion olmuş komandasıdır. Bu ölkənin klubları öz xarakterləri ilə seçilirlər. Ona görə də bizə asan rəqib qismət olmayıb. Buna baxmayaraq, həm evdə, həm də səfərdə öz oyunumuzu göstərməyə çalışacağıq. Fikrimcə, "Maribor"la oyunlarımız "Lill" ilə görüşlərlə müqayisədə daha çətin keçəcək".
