9 avqust 2016 14:00
Sumqayıt - Qarabağ matçının başlama saatı məlum oldu
Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün ikinci turunda "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, avqustun 11-də baş tutacaq qarşılaşmanın başlama saatı məlum olub.
Ağdam klubunun rəsmi saytının yaydığı məlumata görə, matç saat 19:00-da start götürəcək.
