Mövsümün ilk cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin yeni mövsümdə ilk iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının və əvəzedicilərin çempionatının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 1-ci turunun AZAL – “Neftçi” matçının 36-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Jayro ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 36-cı dəqiqəsində AZAL-ın futbolçusu Ruslan Nəsirli rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
Premyer Liqanın 1-ci turunun “İnter” – “Qarabağ” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 1-ci turunun AZAL – “Neftçi” matçının 81-ci dəqiqəsində AZAL-ın futbolçusu Səbuhi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.
