9 avqust 2016 11:00
Qarabağın cavab matçının da başlama saatı açıqlandı
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində İsveçin "Höteborq" klubuna qarşı keçirəcəyi cavab matçının da başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, ilk oyun səfərdə baş tutacaq.
İsveç klubunun rəsmi saytının yaydığı xəbərə görə, Höteborqun “Qamla Ullevi” stadionunda keçiriləcək ilk qarşılaşma avqustun 18-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA-nın rəsmi saytının məlumatına görə, bu komandalar arasında Bakıda oynanılacaq cavab görüşü isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq.
