9 avqust 2016 01:00

Tellur Mütəllimov: Bu gün şanslı günümdə idim

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Qəbələ” - “Kəpəz” oyunu “qırmızı-qaralar”ın gənc futbolçusu Tellur Mütəllimov üçün uğurlu alınıb. Azerisport.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi meydana sonradan daxil olsa da, “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsində böyük pay sahibi olub.

Qarşılaşmada hesabı açmaqla əsas komandada ilk qolunu vuran 21 yaşlı yarımmüdafiəçi 2-ci topun məhsuldar ötürməsinin müəllifi olub. Tellur görüş haqda fikirlərini klub saytına açıqlayıb:

“Oyuna çıxmağa tam hazır olsam da, açığı, meydana belə erkən daxil olacağımı gözləmirdim. Rəşad Sadiqovun zədələnməsindən sonra baş məşqçimiz mənə şans verdi. Mənə etimad göstərdiyi üçün məşqçilərə təşəkkür edirəm. Etimadı doğrultmaq üçün əlimdən gələni etdim. Bunun necə alınmasını isə deyə bilmərəm. Kənardan, xüsusilə də məşqçilər oyunuma daha yaxşı qiymət verə bilər. Düzdür, səhvlərim də oldu ki, onların üzərində hələ çalışmalıyam. Vacib olan komandamızın qələbəsi idi. Sevinirəm ki, qalib gəlib, meydandan 3 xalla ayrıldıq.

Əsas komandada qol hesabımı açdım. Həmin epizodda ötürmə alandan sonra yalnız qol vurmaq, komandamı hesabda irəli çıxarmaq haqda düşünüb, bütün fikrimi buna yönəltmişdim. Həmin an dəqiq oynayıb, ilk qolumu vurdum. Bu, bütün komandanın əməyidir. Mövsümün ilk matçında qolla yanaşı, məhsuldar ötürmə də verdim. Bu gün şanslı günümdə idim.

İlk qələbəmizi qazandıq, indi belə startın davamını gətirmək haqda düşünürük. Özüm də ilk qolumu vurduqdan sonra növbəti qələbələrdə pay sahibi olmaq istəyirəm. Şans qazansam, etimadı doğrultmağa, oyunum və qollarımla komandanın uğuruna kömək etməyə çalışacağam.

Qarşıda “İnter”lə çətin matçımız var. Həmin görüşdə də oynamaq şansı qazansam, bütün bacarığımı ortaya qoyacağam. Hələ gəncəm, potensialımı daha da artırmaq üçün üzərimdə çox çalışmalıyam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.